AZ

TikTok yenidən qayıtdı- Yeni prokuror təminat verdi

ABŞ-da əsas rəqəmsal platformalar qısa video xidməti TikTok proqramını yenidən öz platformalarına qaytarıblar.

AzPost xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

2024-cü ildə ABŞ-ın əvvəlki prezidenti Co Bayden 2025-ci il yanvarın 20-dən ölkədə TikTok tətbiqini qadağan edən sərəncam imzalasa da, onun varisi Donald Tramp bu sərəncamın qüvvəyə minməsinə moratorium qoyub.

Ağ Evə yeni təyin olunmuş baş prokuror Pam Bondinin şəxsi zəmanətindən sonra TikTok yenidən onlayn platformalara qayıdıb.

Maraqlı fakt ondan ibarətdir ki, TikTok operatorları Bayden qanununun qüvvəyə minməsindən bir gün əvvəl proqramları rəqəmsal mağazalardan müstəqil şəkildə yığışdırıblar. Ekspertlər hesab edirlər ki, Tramp Çinə səfəri zamanı sahibləri ilə məsələnin həlli variantlarını müzakirə edəcək.

Xatırladaq ki, ABŞ hökuməti ilə Çinin ByteDance korporasiyası arasındakı ziddiyyətlərin həlli üçün ssenarilərdən biri sonuncunun xidmətə olan hüquqlarının 50 faizindən imtina etməsidir.

Seçilən
2
azpost.info

1Mənbələr