AZ

Ukraynadan D.Trampa cavab » AzadMedia.az


Ukrayna prezidenti Volodimir Zelenski Tramp və Putin arasında baş tutan telefon danışığına münasibət bildirib.

Zelenskinin sözlərinə görə, ölkəsinin iştirakı olmadan Rusiya ilə ABŞ arasında hər hansı danışıqlar qəbul edilməyəcək.

V. Zelenski əlavə edib ki, Tramp eyni anda həm Ukrayna, həm də Rusiya liderləri ilə danışmaq istədiyini açıqlayıb.

Ukrayna lideri Kiyevin hər zaman danışıqlara hazır olduğunu və sülhü dəstəklədiklərini, bu vaxtadək sülhün əldə olunmamasına Kremlin səbəb olduğunu qeyd edib.

UkraynadanKreml bəyanat yayaraq, baş tutacaq istənilən danışıqlarda Kiyevin də təbii olaraq iştirrak edəcəyini bildirib.

Zelenski isə dünya liderlərini “Putinin müharibəni bitirməyə hazır olması ilə bağlı iddialarına inanmamaq barədə” xəbərdar edib.

Zelenskinin bu fikrinə münasibət bildirən Tramp jurnalistlərə açıqlamasında bildirib ki, o şəxsən Putinə güvənir və Kreml lideri həqiqətən də müharibəyə son qoyulmasını və sülh əldə olunmasını istəyir.

"Mən Putini tanıyıram, əgər o başqa bir şey istəsəydi, sülhü dəstəkləməsəydi, bunu bizə açıq şəkildə deyərdi" - Tramp qeyd edib.

NATO-nun Brüsseldəki görüşündən sonra ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, sülh danışıqlarında nə Moskvanın, nə də Kiyevin istəməyəcəyi elementlər yer alacaq və hər iki tərəf də sülh əldə olunması üçün bəzi hədəflərindən məhrum olmaq məcburiyyətində qalacaq.

NATO baş katibi Mark Rutte isə xəbərdarlıq edib ki, əldə olunacaq hər hansı razılaşma çərçivəsində Putinin daha bir kvadrat km ərazi ələ keçirməsinə imkan yaradılmamalıdır.

ABŞ prezidenti Donald Tramp Rusiyanın da iştirakı ilə “Böyük Səkkizlər”in (G8) bərpasının tərəfdarıdır.

Tramp qeyd edib ki, o, Rusiyanın G8-dən çıxarılmasını və birliyin G7 formatına qayıtmasını səhv hesab edir.

Seçilən
3
1
azadmedia.az

2Mənbələr