![Rubionun](/uploads/posts/2025-02/marko-rubio.jpg)
ABŞ Dövlət katibi Marko Rubionun Münhenə uçan təyyarəsi geri dönüb və Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasına eniş edib.
Reyting.az xəbər verir ki, bu barədə “ABC News” qəzeti məlumat yayıb.
Təyyarənin geri qayıtmasının səbəbi kimi texniki nasazlıq göstərilir.
Nəşr yazır ki, Rubio Avropaya səfərini başqa təyyarədə davam etdirəcək.
Qeyd edək ki, M. Rubio Almaniyada Təhlükəsizlik Sammitində iştirak edəcək
E. KAMAL