AZ

5,8 bal gücündə zəlzələ oldu

Amerikanın Alyaska ştatının sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanların episentri Kodiak adasındakı Akhiok şəhərindən 154 kilometr cənub-qərbdə yerləşib. 

Zəlzələnin ocağı təxminən 9,1 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi yoxdur.


Seçilən
3
2
soz.az

4Mənbələr