AZ

Bu "mall"un qarşısında sürücülərə görə piyadalar təhlükə altındadır - VİDEO

Bakıda dayanma-durma qaydalarının pozulması ilə bağlı daha bir neqativ hal qeydə alınıb. Avtosfer.az-a daxil olan məlumata görə, hadisə paytaxtın 8 Noyabr prospektində, "Blue Mall" ticarət mərkəzinin qarşısında baş verib. Sözügedən görüntüləri oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib.

Videodan aydın olur ki, 90-TF-929 qeydiyyat nişanlı "Toyota" markalı və 77-GC-736 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüləri səkinin düz üzərində park ediblər. Bu isə piyadaların rahat və təhlükəsiz hərəkət etməsinə ciddi maneə törədib. Oxucunun sözlərinə görə, bu ərazidə belə hallarla tez-tez rastlaşmaq mümkündür. Piyadalar səkidə hərəkət edə bilmədikləri üçün məcburən velosiped və avtobus zolağına çıxmalı olurlar.

 

Fərid

Seçilən
7
avtosfer.az

1Mənbələr