AZ

DSK yolunun sakinlərinin yol problemi - Uşaqlar məktəbə gedə bilmirlər

Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolu adlanan ərazidə "Ağsu kafe"si adlanan ərazidə əhalinin yol məsələsi acınacaqlı durumdadır.

Bu barədə Ucnoqta.az-a sakinlər məlumat veriblər.

Bildirilib ki, adı çəkilən küçədə uşaqların dərsə gedib-gəlməsi çətindir:

"Xəstələrə görə çağırılan təcili yardım xidməti yola görə gəlmirlər. Ən çox giriş-çıxış olan, əhalinin çox yaşadığı küçədir. Dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA), Binəqədi rayon İcra Hakimiyyətinə Nazirlər Kabinentinə və digər aidiyyati qurumlara müraciətlər olunub. Bütün qurumlardan da eyni şablon cavablar almışıq. Bizə paralel balaca küçələr asfaltlanıb. Hətta ötən ilin yay aylarında əhalinin çoxsaylı müraciəti əsasında birçox Tv-lər(ATV, Real tv) çəkilişlər ediblər. Amma bir nəticə yoxdur. Bu küçədə yaşayan əhalinin əksəriyyəti dövlətimizi və dövlət başçımızın siyasətini dəstəkləyirlər. Ümid edirik bizə kömək olunar. Xahiş edirik küçəmizin asfaltlanması işində bizə köməklik göstərilsin."

Seçilən
28
1
ucnoqta.az

2Mənbələr