Bakı. Trend:
Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədimagistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulmasıyekunlaşıb.
Trend xəbərverir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumatyayıb.
Bildirilib ki, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidənqurulan yolun uzunluğu 71 km təşkil edir.
"Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni15 metr, hərəkət hissə isə 7.5 metrdir.
Layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasınıninşası, daha sonra lazımi qalınlıqda yeni asfalt-beton örtüyünündöşənməsi yerinə yetirilib. Ardınca yol avadanlıqlarının və yolnişanlarının quraşdırılması işləri aparılıb.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular vəsuötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyusuların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlifdiametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşaedilib. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7körpünün inşası da yekunlaşıb.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinəəsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılıb.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinintəhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahatgediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasınıasanlaşdıracaq",- məlumatda qeyd edilib.