AZ

Azərbaycan son 7 ildə ən çox ötən il xarici borc qaytarıb

Azərbaycan son 7 ildə ən çox ötən il xarici borclar üzrə əsas borc və faiz borcu ödənişləri həyata keçirib.

Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ilin 01 yanvar tarixinə dövlət büdcəsi hesabına (borca xidmət xərcləri və daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsindən cəlb edilən vəsait hesabına) xarici borclar üzrə 1 milyard 324 milyon ABŞ dolları məbləğində əsas borc (o cümlədən 900 milyon ABŞ dolları məbləğində avrobondlar), 161,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.

Qeyd olunanlarla yanaşı, 2024-cü il ərzində “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 7.1-ci maddəsinə uyğun olaraq xarici dövlət borcu üzrə 308,8 milyon manat (126,4 milyon manat əsas borc ödənişləri, 182,4 milyon manat faiz ödənişləri) borc ödənişləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına yerinə yetirilmişdir.

01 yanvar 2025-ci il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 86,1 faiz, avro – 5,8 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.

Avrobondlar üzrə məlumat

01 yanvar 2025-ci il tarixinə xarici dövlət borcu portfelinin 27,0 faizini və ya 1.387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir. Hesabat tarixinə beynəlxalq maliyyə bazarında ticarət olunan dövlət istiqrazları barədə məlumatlar aşağıdakı cədvəldə təqdim olunur. 

əsas borc faiz borcu ödənişlər borclar
Seçilən
5
marja.az

1Mənbələr