DÇ-2026-dan sonra Fransa millisindən ayrılacağını açıqlayan Didye Deşam yerinə əsas namizədi açıqlayıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis həmyerlisi Zinəddin Zidanı bu posta favorit göstərib:
“Zidanla bir-birimizə böyük hörmətimiz var. Sonuncu dəfə 2023-cü ilin yayında görüşmüşük və yaxınlarda yenidən görüşəcəyik. O, milliyə əla namizəddir. Lakin bunu istəyib-istəməyəcəyini bilmirəm”.