AZ

Evlərin maya dəyəri 3 dəfəyə yaxın ARTDI - SƏBƏB - VİDEO

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub.

Hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.

Demokratikmusavat.com xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib. Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir. İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.

Cəmiyyət sədri qeyd edib ki, evlərin maya dəyərinin artması onun bazar qiymətinə də təsirsiz ötüşmür. Belə ki, yaşayış evinin 1 kv. metrinə xərclənən vəsait sonda toplanaraq bazar qiymətinin artmasına səbəb olur. Bu isə daşınmaz əmlak bazarında qiymət artımı ilə nəticələnir.

Vüqar Oruc onu da əlavə edib ki, bundan sonrakı dövr üçün də mənzil və evlərin qiymətində artım gözlənilir. Ümumilikdə isə 2025-ci il ərzində daşınmaz əmlak bazarında 15-20 faiz artım proqnozlaşdırılır.

Ətraflı süjetdə:

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
42
22
Demokratikmusavat.com

10Mənbələr