Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Aqil Nuriyevə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Samir Nəsibova ağır itki üz verib.
İqtisadiyyat.az xəbər verir ki, hər iki hakimin ataları dünyasını dəyişib.
Belə ki, Aqil Nuriyevin atası Abdul Nuriyev və Samir Nəsibovun atası Nadir Nəsibov vəfat ediblər.
Onların xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Aqil Nuriyev və Samir Nəsibov ötən il hakim vəzifəsinə təyin olunublar. Aqil Nuriyev hakimliyə qədər Bakıda yerləşən 14 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərib.