AZ

Kişi keçmiş arvadı haqqında nalayiq sözlər danışan tanışını bıçaqladı - CƏZA

Ağcabədidə tanışını bıçaqlamaqda təqsirləndirilən Sadiq Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlərt Məhkəməsinin hakimi Oruc Cəlilovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

 

Hökmə əsasən, o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 17 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Ağacabədi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1986-cı il təvəllüdlü Sadiq Quliyev evinin həyətində tanışı, zərərçəkmiş Samir Qafarovla (soyadı şərti) şəxsi münasibətləri zəminində mübahisə edib. Bu zamanı zərərçəkmiş şəxs onun bədənin müxtəlif nahiyələrinə yumruqla vurub. Sonra Sadiq stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə Samirin qarın nahiyəsinə iki dəfə zərbə endirərək ona bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Sadiq Quliyev saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

 

O, məhkəmədə ifadə verən zaman bildirib ki, hadisədən öncə hər iki şəxs yeyib-içib. Sərxoş olan zaman Samir təqsirləndirilən şəxsin keçmiş arvadı haqqında xoşagəlməz sözlər işlədib. Mübahisə də elə bundan sonra başlayıb. Nəticədə Sadiq əlini bıçağa ataraq Samirə iki zərbə vurub.

 

Kamal Məmmədov

 

Tarix: 14 Fevral 2025, 09:38   
Seçilən
13
6
pravda.az

7Mənbələr