Çinin avtomobil nəhəngi «Geely» şirkətin elan edib ki, şirkət 2027-ci ildə illik avtomobil satışını 5 milyon maşina qaldıracaq.
FED.az xəbər verir ki, şirkət buna öz brendlərini gücləndirmək və səmərəliliyi artırmaq hesabına nail olmaq niyyətindədir.
Son illər «Geely Holding»in maşın satışı sürətlə artır. Şirkət 2023-cü ildə 2,79 milyon ədəd minik və kommersiya avtomobili satmışdısa, 2024-cü ilin 11 ayında satışlar 3 milyonu keçib. Bu da 2023-cü ilin eyni dövründən 20% artıqdır.
Ümumiyyətlə 2024-cü ildə isə şirkətin minik avtomobili satışı 2 milyon 176 mini keçib. Bu da 32% artım deməkdir. Şirkət ötən il 2 milyondan artıq maşın satmaqla yeni rekord vurub.
Hazırda «Geely Holding» satış həcminə görə bir sıra iri şirkətləri geridə qoymağı hədəfləyir. Şirkət «Ford», «Hyundai», «Kia» və «Honda» kimi avtomobil nəhənglərinə çatıb onları geridə qoymaq niyyətindədir. Xatırladaq ki. bu şirkətlər il ərzində 3-3,9 milyon ədəd maşın satıblar.