Avropanın Amerika əsri iki mühüm geosiyasi hadisə ilə başa çatıb.
Editor.az bu barədə CCN-ə istinadla yazır.
“Çərşənbə günü baş verən iki geosiyasi ildırım transatlantik əlaqələri dəyişəcək. Donald Trampın Vladimir Putin və ABŞ müdafiə naziri Pit Heqsetlə telefon danışığı və Avropalı müttəfiqlərini qitənin təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırışı ABŞ-Avropa münasibətlərində dönüş nöqtəsi təşkil edir”,- deyə bildirilib.
Bundan əlavə, xəbərdə bildirilir ki, ABŞ prezidenti Donald Trampın “Öncə Amerika” yanaşması ilə yanaşı, ABŞ lideri münasibətləri maddi qazanc prizmasından qiymətləndirməyə meyllidir. CNN yazıçısı həmçinin Trampın Qərbin xarici siyasətinin mifologiyası ilə formalaşdığını və prezidentliyinin ilk dövründə ona maneə olduğunu düşündüyü müşavirlərindən qurtulduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az