Rusiya yığmasının bu il keçirəcəyi yoldaşlıq oyunları məlum olub.
Futbolpress.az xəbər verir ki, Valeri Karpinin rəhbərlik etdiyi kollektiv Zambiya, Nigeriya və Belarusla qarşılaşacaq.
Zambiya ilə matç martda, Nigeriya və Belarusla görüşlər isə 10 iyunda olacaq.
Rusiya yığması UEFA və FIFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.