“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.
Sərəncama əsasən, il ərzində yeni adların verilməsi təmin edilməlidir. Bununla bağlı məsələlər bir neçə dövlət qurumuna tövsiyə olunub.
Bildiyimiz kimi, Bakıda fəaliyyət göstərən metro stansiyalarının bir neçəsi Azərbaycan dövlətinin tarixində baş vermiş əlamətdar günlərin şərəfinə adlandırılıb. Bəziləri isə Azərbaycan tarixi, elmi, mədəniyyətində iz qoymuş görkməli şəxslərin adını daşıyır.
Lakin bəzi metro stansiyaları elə yerləşdikləri əraziyə uyğun adlandırılıblar.
Bəs, paytaxt sakinləri hansı metrostansiyanın adının dəyişdirilməsini zəruri hesab edirlər?
Bununla bağlı Bizim.Media-nın hazırladığı videosorğunu təqdim edirik:
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media