Mərkəzi Bank ötən ildən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb. Artıq sistem vasitəsilə 21 müraciət qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev deyib.
O bildirib ki, bu müraciətlərdən 4 innovativ məhsul xüsusi tənzimləmə rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir.