AZ

Kevin Speysi yenidən təcavüzdə ittiham olunur – Britaniyalı aktyordan şok iddia

"Oskar" mükafatlı məşhur amerikalı aktyor Kevin Speysi yenidən təcavüzdə ittiham olunub.

Kulis.az xəbər verir ki, bunu britaniyalı aktyor Ruari Kennon iddia edib. O, bildirib ki, 2013-cü ildə 21 yaşı olarkən Speysi Londondakı "Old Vic" Teatrında ona təcavüz edib. Həmin ərəfədə Speysi teatrın bədii rəhbəri vəzifəsində çalışıb.

O, aktyoru məhkəməyə verərək təzminat tələb edib.

Qeyd edək ki, K.Speysi beş həmcinsinə qarşı cinsi zorakılıqda ittiham olunurdu. O, bütün ittihamlardan bəraət alıb.

Kevin Speysi kimdir?

26 iyul 1959-cu ildə doğulan ABŞlı aktyor, rejissor və ssenarist Kevin Speysi karyerasına 1980-ci illərdə "köməkci" aktyor kimi müxtəlif film və televiziya şoularında rol alaraq başlayıb. 1990-cı illərdə The Usual Suspects (1995) filmindəki roluna görə "Ən yaxşı köməkci aktyor" nominasiyasında ilk dəfə və sonra isə American Beauty (1999) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasına layiq görülərək karyerasında yüksəlişə keçib.

Seçilən
32
1
kulis.az

2Mənbələr