AZ

Avropa nəhəngləri “Qalatasaray”ın futbolçusunu istəyir

İtaliyanın “Latsio” və “Napoli” klubları “Qalatasaray”ın ulduzu Barış Alper Yılmazı transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, İtaliya klublarının nümayəndələri UEFA Avropa Liqasının pley-off mərhələsində keçirilən “AZ Alkmaar”- “Qalatasaray” oyununu canlı izləyiblər. “Qalatasaray”ın 1-4 hesabı ilə məğlub olduğu oyunda Barış Alper fərqlənə bilməyib. Bildirilir ki, futbolçunun “Qalatasaray”la 2027-ci ilə qədər müqaviləsi var. Barış Alper Yılmazın transfer dəyəri 30 milyon avrodur. Futbolçu bu mövsüm "Qalatasaray" forması ilə 32 matçda iştirak edib və 11 dəfə fərqlənib, 2 məhsuldar ötürmə verib.

Barış Alper Yılmazın xidmətində İngiltərə klubları da maraqlıdır.

Seçilən
12
1
metbuat.az

2Mənbələr