AZ

Taksilərlə bağlı inanılmaz təklif – Sürücülər işsiz qala bilər…

Taksilərlə bağlı tez-tez müşahidə olunan problemlərdən biri də sürücü və sərnişinlər arasında mübahisələrdir. Bildirilir ki, tərəflərin bəzən etik davranış qaydalarına riayət etməmələri gərginliyə, hətta əlbəyaxa davaya səbəb olur. Bu baxımdan Azərbaycanda sürücüsüz taksi xidmətinə keçidin mümkünlüyü ilə bağlı fikirlər səsləndirilir.

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Azərbaycanda sürücüsüz taksi xidmətinin tətbiqi inandırıcı deyil:

“Sürücüsüz avtomobil yolda nişanları, müvafiq xətləri, işıqforu əsas tutur. Azərbaycanda isə işıqforlar, bəzi nişanlar ağacların arxasında gizlənir, xəttin yarısı var, yarısı yoxdur. Hətta piyada zolağı çəkirlər, 3 ay sonra o da silinib gedir. Sürücüsüz taksi problemləri həll etməyəcək. Bu sahədə nəzarət tədbirləri aparılmalı, qanunvericilik daha da təkmilləşdirilməlidir. Bundan sonra insanların təfəkkürü, düşüncələri dəyişməlidir. Taksi sürücüsünün beyni dəyişmirsə, ona pilotsuz avtomobil versəniz də dağıdacaq”.

azc999rbaycanda

Elməddin Muradlı

Ekspertin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu sahədə xeyli irəliləyişlər var:

“Məsələn, avtomobillər yenilənir, sürücülər daha məsuliyyətli olurlar. Təbii ki, aralarında taksi sürücüsü adına ləkə gətirən insanlar da var. Müştəri ilə kobud davrananlar, nalayiq ifadələr işlədənlər az deyil. Bəziləri nağd ödənişə üstünlük verir, gedişhaqqı onlayn olanda isə müştərini aparmaqdan yayınırlar. Bunlar 4-5 ayın problemi deyil ki, bir gündə həll edək. İllərdir üst-üstə yığılıb, tədricən həll olunur”.

Seçilən
7
1
turkustan.az

2Mənbələr