AZ

Deşam xələfinin adını açıqladı: Əla namizəddir

Fransa millisinin baş məşqçisi Didye Deşam millinin baş məşqçisi postuna əsas namizəd kimi Zinəddin Zidanı göstərib.

Publika.az xəbər verir ki, fransalı mütəxəssis "L'Equipe" açıqlamasında həmyerlisi və keçmiş komanda yoldaşı haqqında xoş sözlər deyib:

“Bizim bir-birimizə böyük hörmətimiz var. Axırıncı dəfə 2023-cü ilin yayında görüşmüşük. gələn ilin yayında yenidən görüşməliyik. Zizu əla namizəddir. Təbii olaraq əlavə edərdim ki, gözlənilən namizəddir. Amma onun bunu istəyib-istəmədiyini bilmirəm”.

Deşam 2026-cı il dünya çempionatından sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.

Seçilən
36
1
publika.az

2Mənbələr