AZ

Rubionu Münhenə aparan təyyarə təcili geri qayıtdı

Təhlükəsizlik konfransında iştirak etmək üçün Münhenə gedən ABŞ dövlət katibi Marko Rubionun olduğu təyyarədə texniki nasazlıq aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Məlumata görə, təyyarə Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdıb.

ABŞ Dövlət Departamenti hadisənin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 14-16-da baş tutacaq və Rubionun bu konfrans çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.

Seçilən
6
1
axar.az

2Mənbələr