AZ

ABŞ-ın vitse-prezidenti: Seçicilərin iradəsi bir çox avropalı dostlarımız tərəfindən nəzərə alınmır

Vaşinqton və Avropa ölkələri Rusiyanın Qərb demokratiyasına müdaxilə imkanlarını şişirdirlər.

İki sahil” “Wall Street Journal”a istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu fikirdədir: “Əgər sizin demokratik cəmiyyətiniz sosial mediada 200 000 dollar reklamı ilə məhv edilə bilərsə, o zaman siz ciddi şəkildə fikirləşməlisiniz ki, sizin mövqeyiniz nə qədər güclüdür və xalqın iradəsini nə qədər başa düşürsünüz”.

“The Wall Street Journal”ın yazdığına görə, Avropa ölkələrinin siyasətlərindən danışan Vens deyib ki, onların miqrasiya ilə mübarizə üçün tədbirlər görmək istəməməsi, Moskvaya aid edilən seçkilərə müdaxilədən daha çox demokratiya üçün təhlükə yaradır. Amerika vitse-prezidenti həmçinin hesab edir ki, miqrasiyaya qarşı çıxan ifrat sağçı partiyaları hökumətə buraxmamaqla, Avropa ölkələrinin hakimiyyət orqanları öz əhalisinin istəkləri ilə ziddiyyət təşkil edir. “Hesab edirəm ki, təəssüf ki, seçicilərin iradəsi bir çox avropalı dostlarımız tərəfindən nəzərə alınmır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
6
ikisahil.az

1Mənbələr