AZ

Mark Rubionun Münhenə uçan təyyarəsi nasazlıq səbəbindən ABŞ-yə qayıdır

ABŞ dövlət katibi Marko Rubionun Münhenə uçan təyyarəsi texniki nasazlığa görə Vaşinqtona qayıtmağa məcbur olub...

Poliqon xəbər verir ki, bu barədə CBS telekanalına ABŞ Dövlət Departamentindən məlumat verirlib.

Xəbərdə qeyd edilir ki, Almaniyaya gedərkən təyyarə mexaniki problemlə üzləşib və bort Vaşinqtondakı Endryus Hərbi Hava Qüvvələri bazasına yönləndirilib. Dövlət Departamentinin sözçüsü Tammy Bruce deyib ki, dövlət katibi Almaniya və Yaxın Şərqə səfərini ayrıca təyyarə ilə davam etdirmək niyyətindədir.

Associated Press Agentliyinin məlumatına görə, problem dəyişdirilmiş Boeing 757-nin C-32 kokpitinin qabaq şüşəsində baş verib.

Xatırladaq ki, ABŞ dövlət katibinin fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirakı planlaşdırılır. Dövlət katibinin səfər çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir. Bundan əlavə, ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, konfrans çərçivəsində bu gün Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılır. Hər üç ölkənin rəsmiləri iştirak edərsə, bu, Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən bəri ilk görüş olacaq.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr