AZ

Bekhemin arvadı illər sonra özünü belə dəyişdi

50 yaşlı dünya şöhrətli dizayner və dəb ikonası Viktoriya Bekhem illər sonra görünüşünü yeniləyib.

OLAY yazır ki, Viktoriya yeni imicini instaqram səhifəsində nümayiş edib.

Uzun saçlarını “kare” şəklində kəsdirən Bekham uclarını sarıya boyatdırıb.

Viktoriya saçını uzatmağa qərar verdiyi 2022-ci ildən bəri saç düzümünü dəyişməyib.

Xatırladaq ki, Viktoriya Bekhem öz qadın geyim brendinin sahibidir və 2019-cu ildə o, “Victoria Beckham Beauty” kosmetika xəttini istifadəyə verib. İndi o, tez-tez sosial şəbəkələrdə brendinin məhsullarından istifadə edərək makiyajını necə etdiyini izləyicilərə göstərir.

Bununla yanaşı Viktoriya bu yaxınlarda 13 yaşlı qızı Harperi brendin tanıtımına cəlb etməyə başlayıb. Harper, getdikcə daha tez-tez ictimai yerlərdə görünməyə başlayıb. Şayiələrə görə, Harperin valideynləri ictimaiyyətin ona olan marağını pula çəvirmək niyyətindədirlər. Belə ki,  brendlər artıq Bekhemlərin qızına yüksək məbləğdə müqavilələr təklif edirlər.

Seçilən
14
olay.az

1Mənbələr