AZ

Okan Buruk: "Kefimiz çox pozuldu"

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qalatasaray" səfərdə "AZ Alkmaar" ilə qarşılaşıb. 

Apasport.az xəbər verir ki, "cimbom"un baş məşqçisi Okan Buruk matçdan sonra açıqlama verib. 

Türkiyəli mütəxəssis ağır məğlubiyyət aldıqlarını bildirib: 

"Bizim üçün pis gündür. Hər şeyi pis etdik. Rəqibə penalti hədiyyə etdik və bundan sonra qolların ardı gəldi gəldi. Çox kobud ötürmə səhvlərinə yol verdiyimiz bir matç oldu. Rəqibimizə öz əlimizlə şans verdik. Ağır məğlubiyyət aldıq. Heç nə deyə bilmərəm. Rəqibi təbrik edirəm. Onlar daha kompakt oynadılar. Heyətdə ciddi itkilərimiz var idi, amma bu bəhanə deyil. İndi Liqa matçına hazırlanacağıq və revanşa yalnız qələbə üçün çıxacağıq".  

Bu, keçid dövrüdür. Bu prosesdəki ən çətin oyunumuz idi. Bu matçı keçsək, yolumuz çox aydın olacaqdı. Təəssüf ki, bu məğlubiyyət bizi çox yaraladı. Heyət dəyişikliyi bizim üçün hazırda başlayır. "Rizəspor" matçında transferləri oynatmaq şansımız olacaq".

Qeyd edək ki, qarşılaşma "Alkmaar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

“Adana Dəmrispor”un cəzası bəlli oldu: 3 xalı silinəcək

Sabiq PSJ-li Portuqaliya klubunda - rəsmi

“Siti”də ciddi itki

“Arsenal” Martinelli planı

Ən çox qazanan idmançılar bəlli olub

Seçilən
29
apasport.az

1Mənbələr