AZ

Məhkəmə AXCP fəalı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dələduzluqda təqsirləndirilən fəalı Elxan Əliyev və onunla birgə ittiham olunan Vəfadar Aslanov və Yusif Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Əliyev 5 il azadlıqdan məhrum edilib, Vəfadar Aslanov və Yusif Əliyev isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 5 il şərti olaraq azadlıqdan məhrum ediliblər. Həbsdə olan Vəfadar Aslanov dərhal məhkəmə zalından azadlığa buraxılıb, ev dustaqlığında olan Yusif Əliyevin qətimkan tədbiri isə şərti cəza ilə əvəz olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına görə onların şikayəti təmin edilməyib.

 

Qeyd: Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

 

Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. Belə ki, müttəhimlər Bakının Nardaran qəsəbəsində mülkiyyət hüququna dair sənədi olmayan torpaq sahəsini ona 57 min manata sataraq dələduzluq ediblər.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 14 Fevral 2025, 09:53   
Seçilən
4
2
pravda.az

3Mənbələr