AZ

Mağazının administratoru ilə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən İkram Həsənovun (şərti) barəsindəki hökmdən verilən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti və şikayəti qismən təmin edilib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə) və 179.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Yasamal Rayon Məhkəməsinin çıxardığı hökm ləğv olunub. İkram Həsənov Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməyib.  

 

İttiham aktına görə, İkram Həsənov 2020-2022-ci il illərdə mağazalar şəbəkəsinin birində administrator vəzifəsində işləyib. O, çalışdığı müddətdə marketin 10 039,72 manat dəyərində əmlakını mənimsəyib.

 

Kamal Məmmədov

Tarix: 14 Fevral 2025, 09:54   
Seçilən
5
pravda.az

1Mənbələr