Bu gün Bakıda Azərbaycan Maliyyə Forumu keçirilir.
Finss.az xəbər verir ki, tədbir Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Forumun əsas məqsədi iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialını uzlaşdırmaq, maliyyə vasitəçiliyini və maliyyə inklüzivliyini gücləndirmək, bu sahədəki maneələri aradan qaldırmaq, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanı sürətləndirmək, maliyyə sektorundakı qanunvericiliyin və tənzimləmələrin təkmilləşdirilməsi imkanlarını müzakirə etməkdir. Eyni zamanda, forum çərçivəsində Azərbaycan maliyyə sektorunun ötən dövrdə əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışlar da müzakirə olunur.
Fuad Mədətov
Finss.az
![](https://fins.az/file/articles/2025/02/14/1739512641_img-20250214-wa0001.jpg)