BAKI, TurkicWorld
ABŞ dövlət katibi Marko Rubionun Almaniyaya uçan təyyarəsi mexaniki problem səbəbindən havaya qalxdıqdan sonra geri dönmək məcburiyyətində qalıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce məsələ ilə bağlı açıqlama verib:
"Bu axşam Vaşinqtondan Münhenə yola düşən dövlət katibi Rubionu aparan təyyarədə mexaniki problem yaranıb", – deyə Bruce bildirib.
Təyyarə Merilend ştatındakı Endryus Birgə Bazaya geri dönüb. Bruce əlavə edib ki, Rubio Almaniya və Yaxın Şərqə planlaşdırılan səfərləri üçün fərqli bir təyyarədən istifadə edəcək.
Adının açıqlanmasını istəməyən bir məmurun sözlərinə görə, təyyarə havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra Boeing 757 C-32 modelinin kokpit pəncərəsində texniki problem yaranıb.