Rusiyanın Blaqoveşensk şəhərində pişiyini evdə bir həftə nəzarətsiz qoyan kişi məsuliyyətə cəlb olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Amur vilayətinin Baytarlıq İdarəsi məlumat yayıb.
Belə ki, qonşular polisə bildiriblər ki, bağlı mənzildə bir neçə gündür pişiyin miyoldama səsləri eşidilir. Polis əməkdaşları ev sahibinin qohumlarını tapıb və onlarla birlikdə mənzilə daxil ola biliblər.
Baytarlıq mütəxəssisləri pişiyi müayinə edib və onun yaxşı olduğunu təsdiqləyiblər. Məlum olub ki, sahibi ev heyvanı üçün kifayət qədər yemək və su, həmçinin bir neçə zibil qutusu qoyub. Ancaq pişik evdə darıxdığı üçün miyovlamağa başlayıb.
Pişiyə zərər dəyməməsinə baxmayaraq, Blaqoveşensk sakini ev heyvanlarının saxlanması qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunacaq.
Amur baytarlıq idarəsinin rəisi Sergey Samoxvalov belə şərh verib və belə hallarda ev heyvanlarının harasa yerləşdirilməsini tövsiyə edib:
"Bu işdə heyvanlara qarşı amansızlıq əlaməti olmayıb. Lakin pişiyin sahibi qonşularının hüquqlarını əhəmiyyətli dərəcədə pozub - tək qalan pişik uzun müddət kədərlənib və ucadan miyovlayıb".
Pişik indi könüllülərin yanındadır. Sahibi qayıdandan sonra onu evə götürə biləcək.
Bizim.Media