AZ

Yasamalda özbaşınalıq: Sağ zolağı istirahət mərkəzinə çeviriblər- FOTO

Bakıda yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı hadisə sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Müşahidə edilən mənzərədə yolun sağ zolağının tamamilə zəbt edildiyi diqqət çəkib. Belə ki, həmin zolağa oturacaq yerləşdirilərək avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş sahə tamamilə bağlanıb. Bu vəziyyət nəqliyyatın hərəkətində maneələr yaradaraq, sürücülər arasında narahatlıq doğurub.

Bundan əlavə, hadisə yerində taksi fəaliyyəti ilə məşğul olan, 77-PY-348 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin qaydaları kobud şəkildə pozduğu müşahidə olunub. Belə ki, sürücü nəqliyyat vasitəsini piyada keçidinin üzərində və kəsişmədən 5 metrdən az məsafədə saxlayıb.

Sözügedən hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Onlar məsuliyyətsiz davranışları tənqid edərək, belə hallara qarşı daha sərt tədbirlərin görülməsini tələb ediblər.

 

 

Fərid

Seçilən
2
avtosfer.az

1Mənbələr