Bu gün Bakıda növbəti nüfuzlu idman yarışı başlanır.

Offsideplus.az xəbər verir ki, söhbət cüdo üzrə "Böyük Dəbilqə" turnirindən gedir.

Milli Ginmastika Arenasında təşkil olunan yarışda 36 ölkədən 258 idmançı qüvvəsini sınayır. Azərbaycanı "Böyük Dəbilqə"də 32 cüdoçu təmsil edir.

Yarışın ilk günündə 4 çəki dərəcəsi üzrə (kişilərdə 60 kq, 66 kq; qadınlarda 48 kq, 57 kq) qaliblər müəyyənləşəcək. Bu çəki dərəcələrində ölkəmizin şərəfini 12 idmançı qoruyacaq. "Böyük Dəbilqə"yə fevralı 16-da yekun vurulacaq.