“Fənərbaxça” Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Anderlext”ə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi Belçika klubunu 3:0 hesabı ilə məğlub edib.
Dusan Tadiç, Edin Dzeko və En-Nesirin vurduğu qollarla görüşdə qalib gələn “Fənərbaxça” tur üçün ciddi üstünlük əldə edib.
Matçın icmalını təqdim edirik: