AZ

Diabet və ürək xəstəliklərinin əsas təxribatçısı

Diabet

Tafts Universitetinin Qidalanma Siyasəti və Elmi Məktəbinin alimləri müəyyən ediblər ki, şəkərli içkilərin istehlakı nəticəsində dünyada hər il 2,2 milyon yeni 2-ci tip diabet və 1,2 milyon ürək-damar xəstəliyi halı qeydə alınır. Araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub.Aşağı gəlirli və inkişaf etməkdə olan ölkələrin tibbi statistikasını təhlil edən alimlər, şirin içkilərin istifadəsi ilə əhalinin sağlamlığının pisləşməsi arasında ciddi əlaqə aşkar ediblər.Xüsusilə Afrikanın Saxaradan cənub bölgəsində vəziyyət ağırdır – burada şəkərli içkilər yeni diabet hallarının 21%-dən çoxuna səbəb olub. Latın Amerikasında və Karib hövzəsində bu göstərici 24%-ə çatır. Bundan əlavə, həmin bölgələrdə ürək-damar xəstəliklərinin 11%-dən çoxu da bu içkilərlə əlaqələndirilib.Ən çox təsirlənən ölkələr arasında Kolumbiya, Meksika və Cənubi Afrika var. Kolumbiyada yeni diabet hallarının 48%-i, Meksikada isə təxminən üçdə biri şirin içkilərin payına düşür. Cənubi Afrikada isə bu içkilər yeni diabet hallarının 27,6%-nə və ürək-damar xəstəliklərinin 14,6%-nə səbəb olub.Mütəxəssislər bildirirlər ki, qazlı içkilər, şirələr və yüksək şəkər tərkibli energetiklər qida dəyəri olmadan tez mənimsənilir. Bu isə qanda şəkərin səviyyəsinin kəskin artmasına, müntəzəm istifadəsi isə artıq çəkiyə, insulin müqavimətinə və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.Alimlər şirin içkilərin satışına nəzarətin gücləndirilməsini və maarifləndirmə kampaniyalarının keçirilməsini tövsiyə edirlər ki, xəstəliklərin artmasının qarşısı alınsın və inkişaf etməkdə olan ölkələrin səhiyyə sisteminə düşən yük azalsın.Səidə

Diqqət Çəkənlər

Azərbaycan Ermənistandan tam təzminat tələb edir

Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib

Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib

Seçilən
2
ulusum.az

1Mənbələr