![Putin](https://ulusum.az/uploads/posts/2025-02/8d9b25290a_upload-2024-12-19t102149z_985918439_rc29sbankunx_rtrmadp_3_russia-putin-pic_32ratio_900x600-900x600-37624.webp)
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Donald Trampın üçüncü ölkədə görüşü onların qarşılıqlı səfərlərindən əvvəl baş tutmalıdır. “Ulusum”.az xəbər verir ki, o, bu açıqlamanı jurnalist Pavel Zarubinə şərhində verib.“Bu görüş, prezidentlərin planına əsasən, diplomatların dediyi kimi, mümkün qarşılıqlı səfərlərdən əvvəl baş tutacaq”, – deyə Peskov vurğulayıb.Peskov əlavə edib ki, son telefon danışığı zamanı Rusiya və ABŞ prezidentləri bir-birilərini ölkələrinə dəvət ediblər.Bundan əvvəl isə o qeyd edib ki, Rusiya və ABŞ liderləri istənilən mürəkkəb məsələləri açıq və konstruktiv şəkildə müzakirə edə bilirlər.“Danışıq tonu olduqca konstruktiv, işgüzar və kifayət qədər açıq idi. Ümumiyyətlə, Trampın əvvəlki prezidentlik dövründən etibarən onların arasında yetərincə konstruktiv münasibətlər formalaşıb və bu, indi də davam edir. Bu münasibətlər iki prezidentin ən çətin problemləri belə konstruktiv müzakirə etməsinə imkan yaradır”, – deyə Peskov bildirib.Səidə
Diqqət Çəkənlər
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib
Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib