AZ

Qrayms Maskın oğlunu Trampla görüşdürmək qərarını pislədi!

Dünyaca məşhur müğənni Qrayms (əsl adı - Kler Buşe) keçmiş sevgilisi, milyarder iş adamı İlon Maskın dörd yaşlı oğlunu ABŞ prezidenti Donald Trampla görüşə aparmaq qərarından xəbərsiz olduğunu açıqlayıb.

OLAY yazır ki, ifaçı İlonun bu hərəkətini pisləyib, uşağın təhlükəsizliyindən narahat olduğunu dilə gətirib.

Bundan əvvəl milyarder oğlu X Æ A-Xii (və ya valideynlərinin onu belə adlandırdığı - “X”) ilə birlikdə Ağ Evə gələrək onu kabinetə gətirmişdi. 53 yaşlı Mask Trampla danışarkən uşaq atasının çiynində oturaraq üzünü jurnalistlərə doğru tutub. Lakin iş adamı övladını belə mühüm görüşə apardığı üçün sosial şəbəkədə tənqid olunub. 

İndi məlum olub ki, anasının oğlunun hərəkətlərindən xəbəri olmayıb.

36 yaşlı müğənnidən baş verənlərlə bağlı fikrini soruşan “X” dəki (keçmiş Twitter sosial şəbəkə platforması) izləyicisinə Qrayms “Mənim bundan (Maskın oğlu ilə Ağ Evə səfərini nəzərdə tutur - red.) xəbərim yox idi), xəbərdarlığınız üçün təşəkkürlər. Oğlum bu qədər ictimai olmamalıdır” cavabını yazıb. 

Qeyd edək ki, Qrayms və Maskın üç övladı var. Bura “X”dən əlavə, 2021-ci ildə cütlük ayrıldıqdan sonra surroqat ana vasitəsi ilə dünyaya gələn üç yaşlı qızı Exa və bir yarım yaşlı oğlu Texno da daxildir. Ümumilikdə Muskın müxtəlif analardan 11 uşağı var. 

Seçilən
27
olay.az

1Mənbələr