AZ

Cənubi Koreyada hoteldə baş verən yanğında 6 nəfər ölüb

Pekin, 14 fevral, AZƏRTAC

Cənubi Koreyanın Pusan şəhərində inşası davam edən hoteldə baş verən yanğın nəticəsində azı 6 fəhlə ölüb, 7 nəfər xəsarət alıb.

AZƏRTAC Pusan şəhərinin Yanğınla mübarizə departamentinin məlumatına istinadla xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 10:50-də hotelin birinci mərtəbəsində inşaat materiallarının toplandığı yerdə başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər 100-dən çox fəhləni təxliyə edib. Binanın damında olan 14 fəhlə helikopterlər vasitəsi ilə xilas edilib. Amma onlardan 6 nəfəri tüstüdən zəhərlənərək ölüb.

Yanğın söndürülüb, hazırda axtarışlar aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
2
azertag.az

1Mənbələr