Ceff Bezosun ?Blue Origin? şirkəti işçilərini kütləvi şəkildə ixtisar etdiyini açıqlayıb. ?Bloomberg?in şirkətdəki öz mənbələrinə istinadən verdiyi məlumata görə, təxminən 1.5 min insan işini itirəcək.
Aerokosmik şirkət illərlə davam edən inkişafdan və çoxsaylı gecikmələrdən sonra ilk dəfə yanvarın 16-da ?New Glenn? raketini uğurla buraxıb. Lakin buna baxmayaraq, ?Blue Origin?in baş direktoru Deyv Limp işçilərə yazdığı məktubda şirkətin son illərdəki böyüməsinin bürokratiyaya səbəb olduğunu bildirib.
“Təəssüf ki, bu, mühəndislik, elmi-tədqiqat və təkmilləşdirmə şöbələrində bəzi vəzifələrin ləğvi, eləcə də idarəetmə səviyyələrinin sayının azalması ilə nəticələnib”, ? deyə baş direktor məktubda qeyd edib.
Deyv Limp ?Amazon?a 2023-cü ildə rəhbərlik etməyə başlayıb. ?Bloomberg? qeyd edir ki, şirkət ?New Glenn? raketlərindən istifadə edərək orbitə yüklərin çatdırılması üçün gələcək müqavilələrdən 10 milyard dollar qazanmağı gözləyir.