“Ukrayna adından Rusiya ilə müharibəyə son qoymaq üçün yalnız Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar apara bilər. ABŞ Prezidenti Donald Tramp artıq buna nail olmaq üçün səylər göstərib”.
Missiya.Az “Financial Times” istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron amerikalı jurnalistlərə müsahibəsi zamanı deyib.
O bildirib ki, Zelenski indi ərazi və suverenlik məsələlərini müzakirə etməlidir.
Makron xəbərdarlıq edib ki, təslimiyyət olan sülh ABŞ da daxil olmaqla hamı üçün pis xəbər olacaq.
Fransa Prezidentinin sözlərinə görə, indiki mərhələdə yeganə sual Rusiya prezidenti Vladimir Putinin atəşkəsə hazır olub-olmamasıdır”.
Makron həmçinin qeyd edib ki, bundan sonra Rusiya ilə danışıqlar aparan ukraynalılardır.
Daşqın HəsənovMissiya.Az