Olaylar.az ABŞ KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin fevralın 13-də çıxardığı qərarda deyilir.
Qərarda qeyd olunur ki, federal hakim Konqresin təsdiqlədiyi beynəlxalq yardımın mütləq şəkildə dayandırılması üçün Vaşinqton administrasiyasının bir tutarlı əsas təqdim etmədiyini müəyyən edib.
Qərara əsasən ABŞ, hökuməti "artıq dəymiş böyük məbləğdə ziyanın miqyasının daha da böyüməməsi üçün yardımın göstərilməsinə qoyduğu qadağa qərarını müvəqqəti olaraq ləğv etməlidir.
Qeyd edək ki, Tramp administrasiyasının bu qərarına qarşı məhkəmə iddiasına bir sıra hüquq mühafizə orqanları ticarət-sənaye ittifaqları və podratçı təşkilatların kollektiv şikayəti əsasında baxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31