Ana südü körpələrin qidalanmasında ən vacib və ideal qida hesab edilir.
Azreform.info xəbər verir ki, xarici mediaya istinadla xəbər verir ki, ana südü körpənin sağlam böyüməsi üçün zəruri olan zülallar, yağlar, karbohidratlar, vitaminlər və minerallarla zəngindir.
Bundan əlavə, o, uşağın bağırsaqlarında faydalı mikrobiota yaradaraq, immun sistemini gücləndirir və mədə-bağırsaq sisteminin sağlamlığını qoruyur.
Eyni zamanda ana südündəki qidalar süni qidalardan daha yaxşı mənimsənilir. Südün tərkibi uşağın yaşına, günün vaxtına və hətta qidalanma mərhələsinə görə dəyişir. Bu, onu süni qidalardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Ana südü körpəni infeksiyalardan və allergik reaksiyalardan da qoruyur.
Ana südü ilə qidalanma yalnız körpə üçün deyil, ana üçün də faydalıdır. Belə ki, bu proses ana ilə uşaq arasında emosional bağın yaranmasına kömək edir. Bundan əlavə, ana südü gələcəkdə piylənmə, şəkərli diabet, hipertoniya və ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.
Eyni zamanda ana südü qadın sağlamlığı üçün də mühüm rol oynayır. Ana südü ilə qidalandırma süd vəzi və yumurtalıq xərçəngi, 2-ci tip şəkərli diabet riskini azaldır və doğuşdan sonra bədənin daha tez bərpa olunmasına kömək edir.
Bununla belə, bəzi hallarda süni qidalanmaya ehtiyac duyula bilər. Bu, anada və ya körpədə problem olduqda, ana südü kifayət etmədikdə və ya ananın müəyyən dərmanlar qəbul etdiyi hallarda mümkündür.
Həmidə İbrahimova