AZ

Pasxa bayramına qədər Ukraynada atəşkəs əldə edilə bilər

Tramp və Putin Pasxa bayramına və ya mayın 9-na qədər Ukrayna ilə bağlı saziş bağlamağa cəhd edəcəklər...

ABŞRusiya prezidentləri Donald Tramp və Vladimir Putin çox güman ki, bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına və ya Qələbə Gününün 80-ci ildönümünə, yəni mayın 9-na qədər Ukraynada atəşkəsə nail olmağı planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yüksək vəzifəli Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

“Putin bu əlamətdar günlərin birində razılıq əldə etmək istəyəcək”, deyə nəşrə dasnışan Ukrayna rəsmisi qeyd edib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml 9 May Qələbə günündə Tramıpı Moskvada görməkdən məmnun olardı. Peskovun sözlərinə görə, böyük ölkələrin liderlərinin Qələbə paradında iştirakı bu tarixin əhəmiyyətini vurğulayacaq.

Vladimir Putinə yaxın mənbələr FT-yə bildiriblər ki, Kremlin sahibinin əsas məqsədi Rusiyaya 1945-ci ildə Yalta Konfransından sonra Sovet İttifaqının əldə etdiyi təsir dairəsinə bənzər Avropada təsir dairəsi verəcək yeni təhlükəsizlik arxitekturası yaratmaqdır.

“İndi vəziyyət Putin üçün üç illik müharibənin istənilən vaxtında olduğundan daha əlverişli görünür”, deyə Berlindəki Karnegi Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuev bununla bağlı deyib.

Qbuev qeyd edib ki, ABŞ Ukraynaya hərbi və diplomatik dəstəyi, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsini dayandırarsa, Kiyev son dərəcə çətin vəziyyətə düşəcək.

Avropa ölkələri daha da çox müdaxilə etsələr belə, bu, böhrandan çıxış yoluna zəmanət vermir”, deyə Qabuev vurğulayıb.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr