AZ

Azərbaycanda elektron kassa aparatlarının dövriyyəsi 24,5 milyard manatı keçib

Son illərdə Azərbaycanda elektron kassa aparatlarının tətbiqi genişlənib.

Finss.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.

Onun sözlərinə görə, ölkədə artıq 100 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb:

"2024-cü ildə bu cihazlar vasitəsilə qeydə alınan dövriyyə 24,5 milyard manatdan çox olub".

O, “ƏDV geri al” layihəsinin və ictimai nəzarətin bu artımda mühüm rol oynadığını bildirib. Bu proses xüsusilə ticarət sektorunda aktiv müşahidə olunur.

Fuad Mədətov
Finss.az

Seçilən
1
fins.az

1Mənbələr