Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Bakı və İrəvan müstəqil şəkildə danışıqları aparmağa qadirdirlər:
"Rusiya İrəvanla Bakı arasında müzakirələrə dəstək verməyə hazırdır, amma bu iki tərəf öz aralarında danışıqları müstəqil şəkildə apara bilərlər", - Peskov qeyd edib. O, həmçinin vurğulayıb ki, Rusiya üçün Cənubi Qafqazın sülh və inkişaf regionuna çevrilməsi çox önəmlidir.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan qeyd edib ki, Ermənistan Azərbaycanla aparılacaq danışıqlarda Rusiyanın vasitəçilik rolunu qəbul etməyə razı olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31