14 fevral bir çox əlamətdar hadisələrlə yadda qalıb. Missiya.Az bu barədə məlumatı təqdim edir:
1. Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də ilk dəfə yayımlanıb. Aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Bundan sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb;
2. Dünya əhalisi fevralın bu gününü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Həmin təqvim də ən gənc bayramlardandır, 2012-ci ildən keçirilir;
3. 14 Fevral Sevgililər Günü bir çox ölkədə qeyd olunan xüsusi bir gündür. Tarixi Roma Katolik Kilsəsi dövrünə aiddir;
4. Azərbaycanın görkəmli memarı və tarixçisi Davud Axundov 1918-ci ilin bu günü Bakıda dünyaya göz açıb. (19 noyabr, 2003, Bakı).
Zərintac MayisqızıMissiya.Az