Türkiyənin Bingöl şəhərində “Mardin Səyahət” şirkətinə məxsus sərnişin avtobusu idarəetmədən çıxaraq xəndəyə aşıb.
Medianews.az xəbər verir ki, ilkin məlumata görə, 5 nəfər həyatını itirib, 38 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib.
Medianews.az