“Unibank” ASC-nin 2024-cü ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 40 milyon 821 min manat təşkil edib.
Valyuta.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 41% və ya 28 milyon 396 min manat azdır.
2023-cü ildə “Unibank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 69 milyon 217 min manat təşkil edib.
Qeyd edək ki, 2024-cü ili “Unibank” 1 milyard 759 milyon 725 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10,6% və ya 169 milyon 66 min manat çoxdur.
“Unibank”-Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq “MBank” adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. “MBank” ilə Azərbaycanın aparıcı banklarından biri olan “PROMTEXBANK”ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də “Unibank” a dəyişdirilib.
Bankın nizamnamə kapitalının həcmi 138 milyon 200 min manatdır.