Hindistandan olan 14 yaşlı “kalkulyator-insan” zehni qabiliyyətlərini sınaqdan keçirərək bir gündə 6 Ginnesin rekordlarını qırıb.
Herbiand.az bildirir ki, bu barədə UPI xəbər verib.
Maharaştradan olan 14 yaşlı Aryan Şukla ilk rekordunu təxminən bir il əvvəl göstərib. O İtaliyanın Lo Şo Dei Rekord serialının çəkiliş meydanında 50 beş rəqəmlini ən sürətli zehni hesablamaqla rekord qıraraq ilk Ginnesin Rekordlar kitabına düşüb. 25,19 saniyəyə bu uğura imza atan Şukla Ginnesin Rekordlar Kitabı tərəfindən Dubaya dəvət olunub və indi onun adına daha 6 titul var.
Bir gündə Şukla 100 dördrəqəmli ədədi ən sürətli zehni toplama (30,9 saniyə), 200 dörd rəqəmli ədədi ən sürətli zehni toplama (1 dəqiqə 9,68 saniyə), 50 beş rəqəmli ədədi ən sürətli zehni toplama (18,71 saniyə), zehni olaraq rəqəmi 20-45-ə ən sürətli bölmə, beşrəqəmli ədədi (51,69 saniyə) çoxaltmaq və iki səkkiz rəqəmli ədədi zehni olaraq çoxaltmaq üçün ən sürətli vaxt (2 dəqiqə 35,41 saniyə) aparmaqla rekordlar qırıb.
Ginnesin Rekordlar Kitabı tərəfindən “kalkulyator-insan” adlandırılan Şukla deyir ki, yarışlarda zehnini iti saxlamaq üçün gündə 5-6 saat riyaziyyatla məşğul olur.
Bəxtiyar CƏFƏRLİ