ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransına gedərkən təyyarədə texniki nasazlığın aşkarlanmasından sonra Vaşinqtona qayıdıb.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus məlumat yayıb.
Onun sözlərinə görə, Rubionu daşıyan təyyarə Vaşinqtondan Münxenə gedərkən mexaniki problemlə üzləşib.
Bryus bildirib ki, təyyarə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasına geri qayıdıb.
"Dövlət katibi Almaniyaya və Yaxın Şərqə səfərini başqa təyyarə ilə davam etdirmək niyyətindədir", - siyasətçi vurğulayıb.
Daşqın HəsəmovMissiya.Az